Polisdən əməliyyat: Ağdamda 2 tondan artıq çətənə kolu məhv edildi

Polisdən əməliyyat: Ağdamda 2 tondan artıq çətənə kolu məhv edildi

Hazırda oxunan: Polisdən əməliyyat: Ağdamda 2 tondan artıq çətənə kolu məhv edildi

77483

Ağdam rayonunda 2 tondan artıq olan 2982 ədəd çətənə kolu məhv edilib.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan nəlumat verilib.  

Bildirilir ki, Ağdam rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.  
Rayonun işğaldan azad edilmiş Qərvənd və Baş Qərvənd kəndlərinin ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan 2982 ədəd çətənə kolu məhv edilib.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO