Polis əməliyyat keçirdi: 39 nəfər yaxalandı - VİDEO

Polis əməliyyat keçirdi: 39 nəfər yaxalandı - VİDEO

Hazırda oxunan: Polis əməliyyat keçirdi: 39 nəfər yaxalandı - VİDEO

77424

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 gündə mütəşəkkil cinayətkar dəstələrin daha 46 üzvü saxlanılıb. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, həmin şəxslərdən 101 kiloqram narkotik vasitə və psixotrop maddə, 6604 ədəd psixotrop tərkibli həb, 500 ədəd kultivasiya edilmiş çətənə kolu, həmçinin 3 ədəd müxtəlif markalı tapança, 70 ədəd patron və patron daraqları aşkar edilib. 
Əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 39 nəfər saxlanılıb.  

Onlardan 24 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar və xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları aşkar olunub. 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO