Daha 53 Vətən müharibəsi iştirakçısı polisə qəbul olundu - VİDEO

Daha 53 Vətən müharibəsi iştirakçısı polisə qəbul olundu - VİDEO

Hazırda oxunan: Daha 53 Vətən müharibəsi iştirakçısı polisə qəbul olundu - VİDEO

77253

Bu gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Vilayət Eyvazov sıra baxışı keçirdi - 161 nəfəri seçdi - FOTO


Sıra baxışında kütləvi informasiya vasitələrində, o cümlədən Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində verilmiş elana uyğun olaraq Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 193 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 53 nəfəri Vətən müharibəsinin iştirakçısı olub. 

Nazir daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə fəaliyyətlərində uğurlar arzulayıb və tövsiyələrini verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO