Açılışında Ərdoğanın iştirak etdiyi 7 saylı “ASAN xidmət” fəaliyyətə başladı - FOTO

Açılışında Ərdoğanın iştirak etdiyi 7 saylı “ASAN xidmət” fəaliyyətə başladı - FOTO

Hazırda oxunan: Açılışında Ərdoğanın iştirak etdiyi 7 saylı “ASAN xidmət” fəaliyyətə başladı - FOTO

77239

1 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 7 saylı Bakı "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, 7 saylı Bakı "ASAN xidmət" mərkəzi Bakı şəhərində xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq inşa edilib və ərazi məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərir.

Xatırladaq ki, 28 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərkəzin açılışında iştirak ediblər.

Hazırda 23 "ASAN xidmət" mərkəzi mövcuddur. Onlardan 7-si paytaxt Bakıda, digər 16-sı isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.
"ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 "Çağrı" mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO