Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında təqsirləndirilən Vaqif Novruzova hökm oxunub və 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökm əsasən, o, məhkəmə zalında həbs olunub. Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, hadisə zamanı sabiq polis əməkdaşı V.Novruzov “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub.
R.Alxasov dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Daha sonra V.Novruzov saxlanılıb və ona Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:31 / 01.06.2022
Daxili Qoşunların əsgərini avtomobillə öldürən keçmiş polisə hökm oxundu
Hazırda oxunan: Daxili Qoşunların əsgərini avtomobillə öldürən keçmiş polisə hökm oxundu
Hazırda oxunan: Daxili Qoşunların əsgərini avtomobillə öldürən keçmiş polisə hökm oxundu
77158
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.