Gürcüstanla sərhəddə dövlət sərhədini pozmağa cəhd göstərən 5-i azyaşlı olmaqla, 6 Azərbaycan vətəndaşı saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən Bizim.Media-ya bildirilib ki, mayın 31-də saat 03:10 radələrində Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilib.
Həyata keçirilmiş tədbirlər nəticəsində sərhədi pozmağa cəhd göstərən 5-i azyaşlı olmaqla, 6 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.
Araşdırma zamanı onların Gürcüstan ərazisində dilənmə məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri müəyyənləşdirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:40 / 31.05.2022
Sərhədi qanunsuz keçməyə cəhd edən 6 nəfər saxlanıldı - DSX
Hazırda oxunan: Sərhədi qanunsuz keçməyə cəhd edən 6 nəfər saxlanıldı - DSX
Hazırda oxunan: Sərhədi qanunsuz keçməyə cəhd edən 6 nəfər saxlanıldı - DSX
77036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.