Bizim.Media Türkiyənin “GDH Digital” Xəbər Agentliyi ilə Memorandum imzaladı

Bizim.Media Türkiyənin “GDH Digital” Xəbər Agentliyi ilə Memorandum imzaladı

Hazırda oxunan: Bizim.Media Türkiyənin “GDH Digital” Xəbər Agentliyi ilə Memorandum imzaladı

77008

İnformasiya məkanında yerini və nüfuzunu günbəgün artıran Bizim.Media İnformasiya Portalı davamlı layihələr həyata keçirir. 

Qurum bu uğurlu layihələrin davamı olaraq Türkiyənin “GDH Digital” Xəbər Agentliyi ilə Əməkdaşlıq Memorandumu imzalayıb.

“GDH Digital” Xəbər Agentliyi 2021-ci ilin fevral ayında yaradılıb. Türkiyədə özəl xəbər istehsalçısı kimi tanınıb. Gündəm formalaşdırmaqda xüsusi bacarığı olan media qurumu qardaş Türkiyədə yeni nəsil jurnalistikasının simalarından biridir. Agentlik həm də TRT, “Anadolu” İnformasiya Agentlikləri kimi məşhur media şirkətlərin də tez-tez istinad etdiyi mənbələrdən biri kimi tanınır.

Agentliyin Baş direktoru Cüneyt Polad Bizim.Media-ya açıqlaması zamanı bildirib ki, Azərbaycanlı həmkarları ilə işbirliyinə başlamaq istəyi Prezident İlham Əliyevin “Texnofest Azərbaycan” festivalının açılışı zamanı söylədiyi fikirdən sonra yaranıb:

“Cənab Prezident söylədi ki, “mən istərdim qardaşım Ərdoğanla olan münasibətlərimizdən xalqlarımız və təşkilatlarımız da örnək götürsün. Dostluq, əməkdaşlıq əlaqələri qursunlar”. Mən də bu dilək sonucu olaraq yola çıxdım. İndi “GDH Digital” Xəbər Ajansı olaraq Bizim.Media İnformasiya Portalı ilə geniş planlı əməkdaşlıq qurmaq düşüncəsindəyik. İnşaAllah böyük layihələrə imza atacağıq. Xalqımız, millətimiz üçün xeyirli olsun”. 

Bizim.Media informasiya portalının baş redaktoru Anar Tahirov isə bildirib ki, “GDH Digital” xəbər agentliyinin rəhbəri Cüneyt Poladla imzaladığımz sənədə əsasən 5 istiqamətdə əməkdaşlıq edəcəyik.

Əməkdaşlığımız müntəzəm informasiya mübadiləsi üzərində qurulsa da, gələcəkdə birgə media körpüsü yaratmağı, xalqlarımızın tarixi, mədəniyyəti haqqında birgə filmlər istehsal etməyi planlaşdırırıq”.

Surxay Atakişiyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO