“Təklif edirəm ki, qanun layihələrini həmin dairədən deputatı seçən seçicilər də hazırlasın”.
Bizim.Media xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Deputat qeyd edib ki, bu maddə Azərbaycan Respublikasının Konstitusiyasında var:
“Bir deputatın dairədən seçilməsi üçün 40 min imza tələb olunur. 40 min imza 40 min seçici deməkdir. Təklif edirəm ki, qanun layihələrini həmin dairədən deputatı seçən seçicilər də hazırlasın. Konstitusiyada bu maddə öz əksini tapsa da, hələ reallaşmayıb.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başladı
Əgər biz qanunu qəbul ediriksə, o bir dairə üçün qəbul olunmur, bütün respublikaya aid edilir. Bir rayonda 1, 5 vətəndaş və ya siyasi partiya istənilən qanun layihəsi hazırlasın və onlar da Milli Məclisdə müzakirə olunsun”.
Murad Əhmədov, Bizim.Media