YPX maşını radara düşdü, cəriməsi vətəndaşa gəldi - FOTO

YPX maşını radara düşdü, cəriməsi vətəndaşa gəldi - FOTO

Hazırda oxunan: YPX maşını radara düşdü, cəriməsi vətəndaşa gəldi - FOTO

76955

Azərbaycanda Yol Patrul Xidməti avtomobilinin radar cəriməsi vətəndaşa gəlib.

Bizim.Media xəbər verir ki, bununla bağlı cərimə gələn şəxs özünü sosial şəbəkə hesabında məlumat paylaşıb. 

O bildirib ki, səhər tezdən telefonuna İmişli-Bəhramtəpə yolunda idarə etdiyi avtomobilin sürət həddini aşması ilə bağlı bildiriş gəlib. Vətəndaş həmçinin heç vaxt maşını olmadığını qeyd edib.
Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev problemin dərhal aradan qaldırıldığını və vətəndaşa göndərilən cərimənin ləğv edildiyini deyib. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO