Şəkidə körpüdən çaya yıxılan şəxs belə xilas edildi - VİDEO

Şəkidə körpüdən çaya yıxılan şəxs belə xilas edildi - VİDEO

Hazırda oxunan: Şəkidə körpüdən çaya yıxılan şəxs belə xilas edildi - VİDEO

76898

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Şəki şəhəri, M.F.Axundov prospektində bir nəfərin çayda batma təhlükəsi barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Səlimov Adil Əmirəhməd oğlu hündürlüyü təxminən 3 metr olan körpüdən çay dərəsinə yıxılıb müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, təhlükəli vəziyyətə düşüb.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələri ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO