Selçuk Bayraktar növbəti

Selçuk Bayraktar növbəti "TEKNOFEST"in hansı şəhərdə keçiriləcəyini açıqladı

Hazırda oxunan: Selçuk Bayraktar növbəti "TEKNOFEST"in hansı şəhərdə keçiriləcəyini açıqladı

76753

Növbəti "TEKNOFEST" avqust ayında Türkiyənin Samsun şəhərində keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu sözləri mayın 29-da "TEKNOFEST Azərbaycan" festivalının bağlanış mərasimində "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

O, "TEKNOFEST Azərbaycan"da fəaliyyət göstərən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilib. 

“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il baş tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO