Türkiyədə vəfat edən qazimiz Tərtərin Dəmirçilər kəndində dəfn ediləcək - FOTO

Türkiyədə vəfat edən qazimiz Tərtərin Dəmirçilər kəndində dəfn ediləcək - FOTO

Hazırda oxunan: Türkiyədə vəfat edən qazimiz Tərtərin Dəmirçilər kəndində dəfn ediləcək - FOTO

76736

Türkiyədə vəfat edən Vətən müharibəsi qazisi Yaqub Qəhrəmanlının cənazəsi Tərtər rayonuna gətirilib.

Bizim.Media-nın Qarabağ bürosunun xəbərinə görə, Yaqub bu gün Tərtər rayon Dəmirçilər kənd qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, Y.Qəhrəmanlı Vətən müharibəsi zamanı cəbhənin keçmiş Ağdərə rayonu ərazisində başından yaralanmışdı.

Bir müddət Bakıda müalicə olunub, sonra isə Türkiyə Cümhuriyyətində yerləşən xəstəxanaların birinə köçürülmüşdü. Lakin həkimlərin müdaxiləsi onun yaşamasına səbəb ola bilməyib. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO