“Tez ol, selofan torbaları yığışdır deyə, insanları incitmək olmaz” - Komitə sədrindən AÇIQLAMA

“Tez ol, selofan torbaları yığışdır deyə, insanları incitmək olmaz” - Komitə sədrindən AÇIQLAMA

Hazırda oxunan: “Tez ol, selofan torbaları yığışdır deyə, insanları incitmək olmaz” - Komitə sədrindən AÇIQLAMA

7670

Yanvar ayının 1-dən etibarən Azərbaycanda 15 mikrondan aşağı olan sellofan torbaların istifadəsinə qadağa qoyulub, lakin hələ də mağazalarda və super marketlərdə bu torbalardan istifadə olunur.

“Satış obyektlərində selofan torbaların yığışdırılması işində hüquqi şəxslər özləri də maraqlı olmalıdırlar. Əks halda onları 4000 manata kimi cərimə gözləyir.

Qadağanın qüvvəyə minməsi müharibə ərəfəsinə təsadüf etdi və bu baxımdan təbliğat zəif oldu. Həm də pandemiya dövründə yaşayırıq. İnsanların başı bu mövzulara qarışıb. Bütün hallarda qısa zamanda hərəkətə keçmək üçün aidiyyatı orqanlar tərəfindən işlər görülməlidir”.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu fikirdədir. Bizim.Media-ya açıqlamasında o, problemi həll etmək üçün maarifləndirmə işlərini gücləndirməyin vacibliyini vurğuladı.

Deputat əlavə etdi ki, əhali narahat olmasın, sellofan torbalar mikronu artırıldıqdan sonra yenidən dövriyyəyə girəcək. Araşdırmalar göstərir ki, mikronu 15-dən aşağı olan torbalara istilik dəyəndə insan onunla təmasda olur və xərçəng xəstəliyinə zəmin yaranır: 
 

“Həmçinin bu torbalar ekoloji çirklənməyə səbəb olur. Görürsən ki, “pinqvinlər” ağacların başında  gəzir, kanalizasiya xətlərini tutur. Ona görə də çəkisi 15 mikrondan aşağı olan torbalar ləğv olunmalıdır. O ki qaldı, birdəfəlik istifadə üçün nəzərdə tutulan qablara, onların qadağası isə iyunun 1-dən tətbiq olunacaq. İş adamları zərər görməsin deyə, bu qədər zaman vermişik".


"Bu müddət ərzində iş adamları, istehsal müəssisələri bu qabların əvəzləyicilərini tapmalıdır. Burada insanları da incitmək olmaz ki, tez ol, torbaları yığışdır. Sizə nümunə üçün deyə bilərəm ki, Balaxanı emal zavodunda əvəzləyici torbalar istehsal olunur. Artıq onları sifariş verən sahibkarlar da var”.

Sadiq Qurbanov onu da vurğuladı ki, selofan torbaların istifadə olunmasına görə, yanvar ayının 1-dən Almaniyada 100 min avro cərimə tətbiq olunub. Həmçinin, Yeni Zellandiyada bu torbalardan istifadə edən hüquqi şəxslər üçün 67 min dollar cərimə var, Keniyada isə  hüquqi şəxsləri həbs cəzası gözləyir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən bu qadağa qüvvəyə minib.

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO