“Ağıllı kənd”də tətbiq olunan YENİLİKLƏR - FOTO

“Ağıllı kənd”də tətbiq olunan YENİLİKLƏR - FOTO

Hazırda oxunan: “Ağıllı kənd”də tətbiq olunan YENİLİKLƏR - FOTO

76600

“Ağıllı kənddə kənd təsərrüfatı istiqamətində bir sıra yeniliklər tətbiq olunub”.

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, bu barədə Kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məlumat verib. 

Nazirlik rəsmisinin sözlərinə görə, Ağalı kəndinin ətrafında salınan əkin sahələri ən müasir suvarma sistemi ilə təhciz olunub: 

“Bundan başqa kənd ərazisində çoxlu sayda iqlim stansiyası quraşdırılıb. Fermerlər bu stansiyanın köməkliyi ilə torpağın tempraturu və nəmliyi, hava haqqında davamlı məlumat ala biləcəklər. Həmin məlumatlar həmin andaca elektron qaydada fermerlərə çatdırılır. Və nəticə etibarilə həmin sahədə nəyə ehtiyac olduğu, hansı risklərin yarandığı anında müəyyənləşdirilir.

Məsələn, suvarmaya ehtiyac yaranıb, nəmlilik azalıb və yaxud dərmanlamaya ehtiyac, yaxud da xəstəlik və parazitlərin yayılması riski var. Bunlar hamısı iqlim stansiyası tərəfindən ötürülür və yaranan problemlərə yerinədəcə müdaxilə etmək olur"
Vüqar Hüseynov əlavə edib ki, Ağalıda quraşdırılan sistemlər avtomatlaşdırılmış şəkildə çalışır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO