Gənclər təşkilatı Avropa Oyunları ilə bağlı Daşkəsəndə tədbir kecirdi

Gənclər təşkilatı Avropa Oyunları ilə bağlı Daşkəsəndə tədbir kecirdi

Hazırda oxunan: Gənclər təşkilatı Avropa Oyunları ilə bağlı Daşkəsəndə tədbir kecirdi

76591
“Sağlam Yaşa”x9d Gənclərin Maarifləndirliməsi İcitmai Birliyi 28 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Daşkəsən rayonunda “ Baki 2015”x9d ilk Avropa Oyunları ilə bağlı müxtəlif əhali qrupları arasında məlumatların artırılması mövzüsünda tədbir keçirmişdir. 
Tədbir iştirakcılarının kütləviliyi İlk Avropa oyunlarına rayonda böyük maraq göstərilməsinin bariz nümünəsidir. Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri Qəribova Həbibə açaraq Avropa oyunları haqqında geniş məlumat verdi. Bu oyunların ölkəmizdə kecirilməsinin böyük bir hadisə olduğunu, ölkəmizə gətirəcəyi siyasi dividentlərindən, Qarabag hadisələrinin dünya ictimaiyətinə tanıdılmasına verəcəyi töhfələrindən danışdı.Daşkəsən rayon İcra Hakimiyyəti İctimai və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elmar Əliyev çıxış edərək bildirdi ki, 16 may 2015-ci il tarixində Avropa Oyunları məşəli Daşkəsən rayonuna gətiriləcəkdir. O gəncləri bu aksiyada könüllü şəkildə iştirak etməyə dəvət etdi. Tədbirdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdüri Hacı Məmmədov və Gənclər və İdman İdarəsinin məsul işcisi Rəşail Babayev iştirak etmişdir. Sonra tədbir iştirakcılarına mövzünü əhatə edən buklet, papaq və köynəklər paylanmışdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO