“Beyin ölümü baş tutan xəstənin bir yerdən başqa yerə aparılması doğru deyil. Çünki bu zaman onun orqanlarından istifadə etmək mümkünsüz olur”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin iclası başladı
Deputat ölkəmizdə insanların yaxınlarının orqanlarını bağışlamağa könüllü olmadıqlarını da təəssüflə qeyd edib:
“İstər vətəndaşlarda, istərsə də millət vəkillərində beyin ölümündən sonra əzizlərinin orqanlarının bağışlanması ilə bağlı ciddi problemləri var. Biz ilk növbədə bunu həll etməliyik. KİV və dövlətdə bununla bağlı ciddi işlər görülməlidir. Əgər bu məsələ həll olunmasa, sıranın kimə verilməsinin bir önəmi yoxdur.
Onu da təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda bu günə qədər bir dəfə də olsun orqan bağışlanması hadisəsi olmayıb.
Bu mədəniyyət formalaşmalıdır, əgər beyin ölümündən sonra biz cəmiyyət olaraq öz əzizlərimizin orqanlarını digər bir şəxsin həyatını qurtarmaq üçün bağışlaya bilmiriksə, bunu ciddi şəkildə düşünməliyik”.
Murad Əhmədov, Bizim.Media