Bu gün Bakıda açılışı olan Teknofest-də iştirak edən “Bayraktar Savunma şirkətinin” rəhbəri, “Türkiyə Texnologiyaları Qrupunun” həmtəsisçisi və İdarə Heyyətinin sədri Haluk Bayraktar Bizim.Media-ya özəl müsahibə verib.
- Haluk bəy, bu gün açılışında olduğunuz festival sizdə hansı təəssüratı yaratdı?
- Teknofest ayaqları yerə dəyməyən bir festivaldır. İlk dəfə bu festival Türkiyədən kənarda Bakıda “iki dövlət, tək millət və tək festival” sloqanı ilə keçirilir. Ona görə də biz Türkiyədən gələn heyyət olaraq çox həyəcanlıyıq. Buna rəğmən təşkilatçılığın çox yüksək olduğunu gördüm və bunun üçün yerli təşkilatçılara təşəkkür edirəm. Gözəl bir iş birliyi ilə bu festivalı həyata keçiririk.
- Sizə görə Teknofestin əsas diqqət mərkəzi nəyə köklənib?
- Teknofestin əsas diqqət mərkəzində olan hissəsi gənclərdir. Bizim əsas məqsədlərimiz gənclərin gələcək texnologiya istehsalçıları olaraq burada iştirak etməsi, yarışlara qoşulması, xüsusilə də robotexnika, elektronsistemlərdə və biotexnikada özlərini inkişaf etdirməyə çalışmaları, xəyallarını gerçəklərlə qarşılaşdıracaqları mühitlərin hazırlanmasıdır. Məqsədmiz milli texnologiyanı gücləndirməklə başqalarının mərhəmətinə ehtiyac olmadan özümümzü inkişaf etdirməyimizdir.
Əgər yeni texnologiyalar istehsal etməsək, həmişə nədənsə istifadə etmək üçün kimlərəsə möhtac olacayıq.
Burada bir çox sponsor firmalar iştirak edir. Mən Bayraktarın baş meneceri olaraq belə bir sosial məsuliyyət tələb edən layihədə olmaqdan qürur duyuram.
- Bəs festivalın gələcək taleyi ilə bağlı nə deyə bilərsiz?
- Düşünürəm ki, bu festival hər il böyüyərək inkişaf edə və böyük bir platforma halına gələ bilər.
- Bilirsiniz ki, ikinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbədə “Bayraktarın” böyük rolu oldu və bu Azərbaycan insanlarında Türkiyə istehsalı olan bu hərbi təyyarəyə və istehsalçılarına rəğbət yaratdı. Burada iştirak zamanı bunu hiss etdinizmi?
- Qarabağ zəfəri Azərbaycanın tarix boyu qazandığı ən böyük zəfərdir. Bütün dünya bu zəfərdən danışdı. Bu mənada Teknofest kimi festivallar bizim özümüzü inkişaf etdirərək döyüş meydanında daha böyük qələbələr qazanmağa yol aça bilər.
Qarabağ müharibəsi eyni zamanda həmçinin yerli və milli texnologiyaların istifadəsi və gücünü bilmək üçün bir meydan oldu.
Bayraktar Azərbaycanın İkinci Qarabağ müharibəsini daha az şəhidlə başa vurmasına səbəb oldu. Müharibə zamanı çox qısa zaman ərzində qarşıya qoyulmuş məqsədə nail olundu. Ümid edirik ki, Azərbaycan bir daha torpağ itkisi yaşayacaq qədər çətin vəziyyətə düşməyəcək. Buna görə də ölkələrimizin güclü olması lazımdır. Güclü olmaq isə pulunu verib kənardan silah almaqla olmur. Güclü o dövlətdir ki, özü silah ihtehsal edir və ya mövcud istehsalları inkişaf etdirməyə başlayır.Bizm də əsas məqsədimiz budur.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:30 / 26.05.2022
Haluk Bayraktar: “Teknofest ayaqları yerə dəyməyən bir festivaldır” - MÜSAHİBƏ
Hazırda oxunan: Haluk Bayraktar: “Teknofest ayaqları yerə dəyməyən bir festivaldır” - MÜSAHİBƏ
Hazırda oxunan: Haluk Bayraktar: “Teknofest ayaqları yerə dəyməyən bir festivaldır” - MÜSAHİBƏ
76352
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.