Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qız həkim nəzarətinə götürüldü - ÖZƏL

Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qız həkim nəzarətinə götürüldü - ÖZƏL

Hazırda oxunan: Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qız həkim nəzarətinə götürüldü - ÖZƏL

76335

Mingəçevirdə atası tərəfindən işgənclərə məruz qalan 19 yaşlı psixoloji qüsurlu qız həkim nəzarətinə götürülüb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, atası tərəfindən günlərlə həyətdə bağlı saxlanılan 2003-cü il təvəllüdlü Bədəlova Nuranə Elman qızı hüquq-mühafizə orqanlarının prosesə müdaxiləsi nəticəsində həkim nəzarətinə götürülüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Mingəçevirdə atadan ŞOK ƏMƏL - Xəstə qızını döyüb zirzəmidə ac saxladı


O, Şəki Ruhi Əsəb Xəstəlikləri Dispanserinə yerləşdirilib. 

Qeyd edək ki,  ata 2003-cü il təvəllüdlü qızı - Nuranə Bədəlovanı günlərlə həyətdə dəmir dirəyə bağlı saxlayırmış. Ailəyə yaxın şəxslərin dediyinə görə, qız evdə nadinclik, nəzarətsiz hərəkətlər edirmış. Alınan operativ məlumat əsasında hüquq-mühafizə orqanları övladına ağlasığmaz işgəncə verən ata Elman Bədəlovu saxlayaraq istintaqa cəlb edib.  

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO