Bakıda sexdə baş verən yanğın söndürüldü, xəsarət alanlar var – YENİLƏNİB - VİDEO

Bakıda sexdə baş verən yanğın söndürüldü, xəsarət alanlar var – YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Bakıda sexdə baş verən yanğın söndürüldü, xəsarət alanlar var – YENİLƏNİB - VİDEO

76291

Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən söndürülüb. 

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.  

Bidirilir ki, yanğının mürəkkəbliyinə, əhatə dairəsinin sürətlə genişlənmə riskinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib.  

Yanğın nəticəsində ümumi sahəsi təxminən 28000 kv.m olan sex və anbarın ilkin hesablamaya əsasən 900-1000kv.m hissəsi yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub. 

Yanğın zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 2 nəfər əməkdaşı yüngül xəsarət alıb.

*** 15.26

Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb edilib.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.  

Bildirilib ki, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.  

Hazırda Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.  

Əlavə məlumat veriləcək.

*** 14.28 

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu ərazisində güclü yanğın başlayıb. 

Bizim.Media xəbər verir ki, hadisə Bakı Metropoliteninin “Ulduz” stansiyasının yaxınlığındakı plastmas istehsalı sexində baş verib. 

Ərazidə çoxsaylı yanğınsöndürmə briqadaları işləyir. Briqadalar miqyası geniş olan yanğının qarşısını almağa çalışırlar.

*** 13.35

Bakıda sexdə yanğın başlayıb.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, metronun "Ulduz" stansiyasının yaxınlığında qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO