“Mən siz gənclərin yerində olsam, evə getməz, gecəni də burada keçirərdim. Bütün texnikaları tək-tək analiz edib, qeydlər götürərdim”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin sənaye və tenxologiyalar naziri Mustafa Varank “Texnofest-Azərbaycan” festivalında çıxışı zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Texnofest-Azərbaycan” festivalı - CANLI YAYIM
Nazir qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın öndərliyində yeni məqsədlər müəyyən edilib:
“10-15 il öncə bir sıra ölkələr bizə öz silahlarını satmaqdan imtina edir, eləcə də silah embarqoları tətbiq edirdilər. Onlar bəzən texnologiya məhsullarının təmir-bərpa işlərini belə aparmadılar. Biz terrorla mübarizəmizə davam edərkən, bizi texnologiyalardan məhrum buraxdılar. Amma biz milli texnolgiyamızla bu işi tərsinə çevridik. Həmin dövrdə PUA satmadıqları türk milləti, bu gün ən müasir texnologiyaları istehsal edir. İndi həmin ölkələr bu festivaldakı silahları almaq üçün sıraya durublar”.
Bizim.Media