Ramil Usubov Göyçayda vətəndaşları qəbul edib

Ramil Usubov Göyçayda vətəndaşları qəbul edib

Hazırda oxunan: Ramil Usubov Göyçayda vətəndaşları qəbul edib

76229
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 25-də Göyçay Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Moderator.az -a verilən məlumata görə, qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Göyçay, İsmayıllı, Kürdəmir, Şamaxı, Ucar şəhər və rayonlarından olan sakinlərin və bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu iştirak edib.
 
Nazir vətəndaşları şəxsən dinləyib, onları narahat edən problemlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.
 
Eyni zamanda, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq,  həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 770 nəfər də qəbulda iştirak edib. Onların arasından xidmətə daha yararlı və hazırlıqlı 114 gənc seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO