Şəmkirdə güclü yanğın olub

Şəmkirdə güclü yanğın olub

Hazırda oxunan: Şəmkirdə güclü yanğın olub

76216

Şəmkirdə güclü yanğın hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına  görə, hadisə rayonun Çənlibel kəndində qeydə  alınıb. 

Hadisə nəticəsində həyətyanı sahədə dayanan “VAZ” markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, dama yığılan 2 ton ot bağlaması, dama bitişik ümumi sahəsi 80 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. 

Onların səyi nəticəsində evin, tövlənin və ot bağlamalarının bir hissəsi mühafizə olunub. Yanğının baş vermə səbəbləri araşdırılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO