Qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraitinə uyğun olaraq Daşkəsən rayonuna dolu yağıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, axşam saatlarında leysan yağışından sonra Xoşbulaq kəndinə təxminən 10-15 dəqiqə dolu düşüb.
Dolu nəticəsində ciddi problemlər qeydə alınmayıb.
Daşkəsən Rayon İcra Hakimiyyətindən bildiriblər ki, güclü yağış və dolu yağması nəticəsində təsərrüfata hər hansı ciddi ziyan dəyməyib.
Havanın kəskin dəyişməsi səbəbi ilə əlaqədar aidiyyatı qurumlara müvafiq tədbirlər görülməsi üçün göstəriş verilib.
Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.
Məqsəd Rəhimov, Bizim.Media - Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
23:12 / 25.05.2022
Azərbaycanın bu rayonuna dolu yağdı
Hazırda oxunan: Azərbaycanın bu rayonuna dolu yağdı
Hazırda oxunan: Azərbaycanın bu rayonuna dolu yağdı
76201
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.