Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri bilindi

Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri bilindi

Hazırda oxunan: Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri bilindi

7620

Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 14-24 dekabr tarixlərində keçirilən müsahibələrdə ümumilikdə 2197 nəfər iştirak edib. Onlardan 2061 namizəd uğur qazanaraq müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı əldə edib.

Qeyd edək ki, cari onlayn müsahibələr müsabiqənin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq edilən vakansiyalara işə qəbul olunmuş namizədlər üçün həyata keçirilib. Müddətli müqavilə əsasında çalışan digər şəxslər üçün növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO