Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir - VİDEO 

Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir - VİDEO 

Hazırda oxunan: Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir - VİDEO 

7616

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə yeni dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və tibb xidmətinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Vətən müharibəsi başlayan gündən müxtəlif istiqamətlərdə yaradılan mobil səhra hospitalları bu gün də şəxsi heyətin sağlamlığının qorunması məqsədilə sutkaboyu fasiləsiz olaraq gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Bundan əlavə, stasionar tibb məntəqələri inşa edilənədək isə bir neçə səyyar tibb qrupları da yaradılıb. Müxtəlif ixtisaslardan olan həkimlərdən təşkil edilən qruplar plana uyğun olaraq bölmələrdə olur, şəxsi heyəti müayinə edir, tövsiyələr verir, kompleks müalicəyə ehtiyacı olan hərbi qulluqçular hərbi tibb məntəqələrinə göndərilir.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO