“Bizim Media” yazdı - DGK “Smart Customs”un işləmədiyini etiraf etdi

“Bizim Media” yazdı - DGK “Smart Customs”un işləmədiyini etiraf etdi

Hazırda oxunan: “Bizim Media” yazdı - DGK “Smart Customs”un işləmədiyini etiraf etdi

7615

Saytımızda Azərbaycanda poçt göndərişlərinin gömrük orqanlarında ləngidilməsi ilə bağlı “Gömrükdə ilişib qalan “monopoliya” başlıqlı yazı dərc etmişdik. Yazıda çoxsaylı şikayətlərə əsaslanaraq, xaricdən sifariş edilən mal və bağlamaların günlərlə gömrükdə ilişib qalması, malın gömrükdə yoxlanışda qalmasına görə sifarişçinin əlavə pul ödəməsi, həmçinin bir fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyərinin 300 ABŞ dolları ekvivalentinə etirazla bağlı məsələlərə toxunulub. Bir sözlə, problemlərin kökünün gömrük orqanlarından qaynaqlandığı vurğulanıb.

Yazı Bizim.Media saytında dərc ediləndən dərhal sonra Dövlət Gömrük Komitəsi məsələyə reaksiya bildirib. Komitənin məsələ ilə bağlı açıqlamasını təqdim edirik:
 


MÖVZU İLƏ BAĞLI:

Gömrükdə ilişib qalan ''monopoliya'' - ARAŞDIRMA

 


“Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində yaranan texniki problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bəyanetmə prosesində yaranan çətinliklər tezliklə aradan qaldırılacaq. Dövlət Gömrük Komitəsi bildirir ki, daşıyıcı şirkətlər yaranmış problem həllini tapana qədər xarici anbarlarındakı malları ölkəyə gətirə bilərlər və bununla bağlı heç bir məhdudiyyət yoxdur”.

Komitənin sözügedən açıqlamasından belə qənaətə gəlmək olur ki, “Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində yaranan texniki problemlər həm daşıyıcı şirkətlərin, həm də müştərilərin işini daha da müşkülə çevirəcək.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO