Avtovağzal zibilliyi - FOTOFAKT

Avtovağzal zibilliyi - FOTOFAKT

Hazırda oxunan: Avtovağzal zibilliyi - FOTOFAKT

7610

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Azərbaycan paytaxtının şimal çıxışında yerləşdiyi üçün həmişə diqqət mərkəzində olub.

Çünki Bakıya gələnlərin böyük əksəriyyəti məhz o ərazinin yaxınlığından keçərək şəhərə daxil olurlar.

Əfsanəvi "Titanik" gəmisi formasında tikilən kompleksin istər daxilində, istərsə də xaricində səliqə-sahmanın olması, təmizliyə riayət edilməsi böyük əhəmiyyət kəsb edir.

Ancaq çox zaman bunun əksini görürük. Ərazidə toplanan zibillər vaxtında aparılmır, ərazi isə tullantılarla dolu olur.

Bizim.Media olaraq dediklərimizin sübutu kimi yenə Kompleksin ərasizində olduq və gördüklərimizdən şoka düşdük.
 

MÖVZU İLƏ BAĞLI:

Avtovağzalın zibilinə kim cavabdehdir?  – ARAŞDIRMA


Apardığımız müşahidələr daha öncəki bərbad vəziyyətdən azca da olsa seçilirdi. 

Avtovağzalın Sumqayıtdan Bakıya gələn istiqamətindəki dayanacağda 2 zibil qutusu olmasına baxmayaraq ətraf tullantılarla dolu idi. 

Düzdür, dayanacaqdakı natəmizliyin məsuliyyətini Kompleks daşımasa da, hər halda əlaqədar qurumlarla bu problemin həll edilməsinə cəhd göstərə bilərdilər.

BBAK-ın mətbuat katibi Pərvin Məmmədova ilə əlaqə saxladıq və o, ötən dəfə olduğu kimi yenə açıqlama vermək istəmədi.

Ancaq əldə etdiyimiz məlumata görə, avtovağzal uzun müddətdir ki, fəaliyyətsiz olduğundan təmizlik işləri hər gün yox, həftədə bir dəfə aparılır. 

Dediklərimizin sübutu kimi ərazidə çəkilən fotoları sizə təqdim edirik:

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO