Masazırdakı yanğın söndürüldü, 15 nəfər təxliyə edildi – YENİLƏNİB/VİDEO

Masazırdakı yanğın söndürüldü, 15 nəfər təxliyə edildi – YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Masazırdakı yanğın söndürüldü, 15 nəfər təxliyə edildi – YENİLƏNİB/VİDEO

76075

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın onbirmərtəbəli yaşayış binasının liftinin şaxtasında baş verib və bir qrup vətəndaş mənzillərdə təhlükəli vəziyyətdə qalıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülərək alovun genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib. 

Eyni zamanda, yanğınsöndürənlər tərəfindən xüsusi texnikanın tətbiqi ilə binanın yuxarı mərtəbələrində təhlükəli vəziyyətdə qalmış vətəndaşlar xilas edilib. Ümumilikdə xilasetmə əməliyyatı zamanı 15 bina sakini qatı tüstülənmiş binadan təhlükəsiz yerə təxliyə olunub.
Yanğın nəticəsində liftin şaxtasının arxa hissəsindən keçən kabellər 18 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub.


*** 11:28

Abşeronda yaşayış binasında yanğın başlayıb.

Bizim.Media xəbər verir ki, hadisə Abşeron Gənclər şəhərciyində yerləşən binaların birində qeydə alınıb.

Məlumata görə, binanın liftinin şaxtası yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühazifə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO