Tərtərdə Vətən müharibəsi iştirakçılarına medallar təqdim edildi - FOTO

Tərtərdə Vətən müharibəsi iştirakçılarına medallar təqdim edildi - FOTO

Hazırda oxunan: Tərtərdə Vətən müharibəsi iştirakçılarına medallar təqdim edildi - FOTO

75996

Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Azərbaycan ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş Vətən müharibəsi iştirakçılarına və qazilərə medalların təqdimetmə mərasimi keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə rayonun icra başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi  Elşən Abdullayev, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxış edən rayon rəhbəri vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib.

Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilən hərbi qulluqçuları təbrik edib. 

Sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş 109 nəfər müharibə iştirakçısına medallar təqdim olunub.

Elgün Gəncimsoy, Bizim.Media - Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO