Azərbaycanlılar bu il də Avropaya getməyəcəklər? – SƏBƏB 

Azərbaycanlılar bu il də Avropaya getməyəcəklər? – SƏBƏB 

Hazırda oxunan: Azərbaycanlılar bu il də Avropaya getməyəcəklər? – SƏBƏB 

75983

Hələ də tam olaraq bitməyən pandemiya dünyanın iqtisadi və siyasi xəritəsini dəyişdiyi kimi turizm xəritəsini də xeyli yeniləyib.

Bizim.Media-nın növbəti araşdırması da məhz azərbaycanlı turistlərin üz tutduqları turizm ölkələri ilə bağlıdır.

Yaya doğru getdiyimiz bir vaxtda səyahət yerli sakinlərin də ən çox düşündüyü mövzular sırasındadır. Bu zaman turizm bazarıdan xəbərdar olmaq heç də pis olmazdı.

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusunda iştirak edən "Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanovun sözlərinə görə azərbaycanlı turistlərin üz tutduğu ölkələr arasında liderlik qardaş ölkə Türkiyəyə məxsususdur.

“Pandemiya hələ tam olaraq bitmədiyi üçün azərbaycanlı turistlər daha əlçatan ölkələrə səyahət etməyə üstünlük verirlər.Bu mənada turizm imkanları geniş olan Türkiyə azərbaycanlı turistlər üçün daha uyğundur”.

Əvvəllər vətəndaşlarımızın daha çox qonşu Gürcüstana səyahət etdiyini vurğulayan ekspert, Gürcüstanla quru sərhədlərin bağlı olduğu faktının da azərbaycanlı turistlərin Türkiyəyə axınının artırdığını vurğulayıb.

Ekspertin söyləməsinə görə, bu ildən Azərbaycanlı turistlərin Misirə də səfəri artıb:

“Misir Ərəb Respublikası pandemiya müddətində viza şərtlərini yüngülləşdirdi. Bu da yerli turistərin Misirə olan səfərlərini artırdı”.
 

Azərbaycan vətəndaşlarının üz tutduğu turistik ölkələr arasında Birləşmiş Ərəb Əmirliklər də var. Ekspertin fikrincə “Dubay” pandemiyadan sonra da Azərbaycan vətəndaşlarının ən çox səyahət etdiyi şəhərlər sırasındadır.


Əhməd Qurbanov açıqlamasında bildirib ki, azərbaycanlı turistlərin pandemiyadan sonra üz tutduğu ölkələr arasında Avropa İttifaqında daxil olan ölkələr yoxdur. Ekspert bunu İttifaqa daxil olan ölkələrin ağır viza şərtləri ilə əlaqələndirib.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO