Azərbaycanın neçə faizi internetsizdir? – Sual MÜBAHİSƏ YARATDI

Azərbaycanın neçə faizi internetsizdir? – Sual MÜBAHİSƏ YARATDI

Hazırda oxunan: Azərbaycanın neçə faizi internetsizdir? – Sual MÜBAHİSƏ YARATDI

75807

“Doğru təhlilə söykənməyən, internetin mahiyyətindən anlayışı olmayan bəzi xüsusi qurumlar, assosiasiyalar, QHT-lərin ajiotaj yaratmaq xatirinə ortaya atdıqları doğru olmayan açıqlamadır”.

Bunu Bizim.Media-ya açıqlamasında İKT üzrə ekspert Elvin Abbasov Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynovun insanların 45 faizinin internetə çıxış imkanlarının məhdud olduğu barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:

“Bütün kənd rayonlarında insanlar telefon vasitəsilə sosial şəbəkələrdən, internetdən daha aktiv istifadə edir. Belə olan halda 45 faizinin internetə çxıış imkanlarının məhdud olduğunu söyləmək yersizdir”. 

Həmsöhbətimiz bildirir ki, ölkədə internetin əlçatanlıq səviyyəsini tənqid etmək üçün insanın bu barədə geniş anlayışı olmalıdır:

“İnternet bir istiqamətli çıxış nöqtəsi deyil. Hazırda ölkənin bütün ərazilərində CSM interneti çox əlçatandır. Ola bilsin dağ ərazilərində müəyyən qədər zəif ola bilər. Amma bütün ucqar kəndlərdə belə CSM xəttilə internet var.

Həmçinin, müvafiq nazirliyin verdiyi stasionar internet də əlçatandır.

Stasionar internetdən danışırıqsa, plan üzrə gedən prosesdə bəzi yerlərdə avadanlıq, komikatorların dəyişməsilə əlaqəli müxtəlif problemlər ola bilər. Amma hər bir halda müəyyən dərəcədə stabillik qorunur. 2024-cü ildə Azərbaycanda sürətli internet tamamilə əlçatan olacaq”.
Hazırda isə yetkinlik yaşına çatmayanlar üçün də internetin əlçatan olduğunu söyləmək olar. Çünki ən ucqar rayon və kəndlərdə mobil telefonlarda internet var. Bakı kənarında keçən il müəyyən dərəcədə internet problemi hiss olunsa da, artıq orada da stabillik yaranıb”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO