“Lider” televiziyası yerləşdiyi binadan çıxarılırmı? - AÇIQLAMA

“Lider” televiziyası yerləşdiyi binadan çıxarılırmı? - AÇIQLAMA

Hazırda oxunan: “Lider” televiziyası yerləşdiyi binadan çıxarılırmı? - AÇIQLAMA

7569

“Lider” TV-nin yerləşdiyi bina şəxsi yox, dövlət əmlakıdır. Hazırda bu binada 10-a yaxın siyasi partiyaların köçürülməsi üçün yer verilib.

Bunu Bizim.Media-ya Ağ Partiyanın sədri Tural Abbaslı söyləyib.

Bildirib ki, əvvəllər məkan tapmaqda çətinlik çəkirdik. Obyekt sahibləri qorxurdular ki, siyasi partiyalara bina verməklə hansısa bir problemlə üz-üzə qalaracaqlar:

''Bilirsiniz ki, Prezident Administrasiyası yanında “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsi yaranıb. Fəaliyyətə başlayandan sonra partiyalarla görüş keçirildi. Fikir mübadiləsi zamanı gündəm mövzularından biri partiyalara qərargahların verilməsi idi''.

''Şöbənin müdiri Ədalət Vəliyevin özü ilə də görüşlərdə partiyalara qərargahların verilməsi müzakirə olunurdu. Hökümət isə bunu təşkil edəcəyi ilə bağlı söz vermişdi. İndi isə verilən söz təsdiqini tapır. Otaqların icarə ödənişləri sahəsinə görə  müəyyənləşir. Ödənişlər kommunal xərclər xaric 70-80 AZN arasında dəyişir''.

Yeri gəlmişkən bildirək ki, həmin binada Lider televiziyası ilə yanaşı digər təşkilatlar da fəaliyyət göstərir. Ancaq ictimaiyyət onu daha çox “Lider TV”nin binası kimi tanıyır. İndi hər kəsi bir sualın cavabı maraqlandırır.

Bu televiziya da həmin binadan çıxarılırmı? 

Mövzu ilə bağlı Lider TV-nın departament rəhbəri Vasif Ağamirovla əlaqə  saxladıq. 
O bildirdi ki, əvvəllər kanalın əməkdaşlarının sayı çox olanda sözügedən binanın  bir çox mərtəbəsində yerləşiblər:

“İndi isə əməkdaşların sayı azaldığı üçün bir neçə mərtəbə bəs edir və fəaliyyətimizi bu şəkildə davam etdiririk”.

Gülşanə Mustafayeva, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO