Şuşada 3 ölkənin parlamentarilərinin iclası keçirilir – YENİLƏNİB/FOTO

Şuşada 3 ölkənin parlamentarilərinin iclası keçirilir – YENİLƏNİB/FOTO

Hazırda oxunan: Şuşada 3 ölkənin parlamentarilərinin iclası keçirilir – YENİLƏNİB/FOTO

75598

Şuşa şəhərində Azərbaycan,Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilir.

Bizim.Media xəbər verir ki, toplantıda hər üç ölkənin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi və digər məsələlər müzakirə olunur.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə ölkə parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq edirlər.


12.33

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üzvləri işğaldan azad edilmiş ərazilərə səfər ediblər.

Bizim.Media xəbər verir ki, onlara əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə bağlı məlumat verilib.

Sonra parlamentarilər üçtərəfli birgə iclasda iştirak etmək üçün Şuşa şəhərinə yola düşüblər.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə parlamentin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO