Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, tədbir zamanı ümumilikdə 24 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib.
Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.
Məqsəd Rəhimov Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:53 / 22.05.2022
Gəncədə 24 dilənçi saxlanıldı
Hazırda oxunan: Gəncədə 24 dilənçi saxlanıldı
Hazırda oxunan: Gəncədə 24 dilənçi saxlanıldı
75592
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.