“Məşğulluq marafonu” üzrə 2 275 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olundu

“Məşğulluq marafonu” üzrə 2 275 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olundu

Hazırda oxunan: “Məşğulluq marafonu” üzrə 2 275 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olundu

75587

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən başladılan “Məşğulluq marafonu” çərçivəsində şəhid ailəsi üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı işləri davam edir.Həmin vakansiyalar üzrə artıq 2 275 nəfər işlə təmin edilib. Onlardan 1 888 nəfəri qazi, 387 nəfəri isə şəhid ailəsi üzvüdür.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, marafona qoşulan işəgötürənlərin sayı artıq 642-yə çatıb.

Həmin işəgötürənlərdən 342-si dövlət, 300-ü özəl sektora aiddir. İşəgötürənlər tərəfindən marafona 4363 vakansiya təqdim edilib.

Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını //dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün //dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO