Yara sarğısında həbsxanaya narkotik keçirmək istədi - YAXALANDI... - FOTO

Yara sarğısında həbsxanaya narkotik keçirmək istədi - YAXALANDI... - FOTO

Hazırda oxunan: Yara sarğısında həbsxanaya narkotik keçirmək istədi - YAXALANDI... - FOTO

75544

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xidmətin müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Qurumdan Bizim.Media-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ramil Təhməzov müəssisəyə qəbul olunarkən onun üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman belindəki yaranın sarğısının içərisində xüsusi üsulla gizlədilmiş bir ədəd sellofan bükülüdə ümumi çəkisi 2,794 qram olan heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO