Ağdaşda müəllimlər tərəfindən döyülən nənə ilə bağlı ARAŞDIRMA BAŞLADI – Direktor müavini NƏLƏR danışdı? 

Ağdaşda müəllimlər tərəfindən döyülən nənə ilə bağlı ARAŞDIRMA BAŞLADI – Direktor müavini NƏLƏR danışdı? 

Hazırda oxunan: Ağdaşda müəllimlər tərəfindən döyülən nənə ilə bağlı ARAŞDIRMA BAŞLADI – Direktor müavini NƏLƏR danışdı? 

75469

Ağdaş rayon Nizami Gəncəvi adına 2 saylı orta məktəbdə insident yaşandığı barədə məlumat yayılıb. “Ağdaş rayonu” facebook səhifəsində qeyd olunan məlumata görə ibtidai sinif müəllimləri məktəbdə təhsil alan  şagirdin 62 yaşlı nənəsini döyüb, ona xəsarət yetiriblər. İddiya görə ibtidai sinif müəllimləri dərsə hazır olmayan şagirdləri təhqir edərək onlarla istədikləri kimi davranırlar. 

Məsələ burasındadır ki, sözügedən insidentdən və müəllimlərin özbaşınalığından məktəbin direktoru Rafiq Həşimovun da xəbəri var. Amma məktəb rəhbərliyi yaşlı nənəyə xəsarət yetirəm müəllimlər barəsində heç bir tədbir görməyib. 

Məsələ ilə bağlı məktəbin direktor müavini Nurlan Qəribov Bizim.Media-ya bildirib ki, döyülməsi iddia olunan şəxs şagirdin nənəsi, həm də məktəbin kiçik texniki işçisi Əfruz Əhmədovadır: 
 

MÖVZU İLƏ BAĞLI:

Ağdaşda ŞOK OLAY – Müəllimlər şagirdin nənəsini döydülər


“Məsələ hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Şəxsin döyülməsi və zərər çəkməsini həkim komissiyası rəy verəcək. Səxslər arasında qalmaqal təxminən 10 gün öncədən başlayıb.

Məktəb rəhbəri qalmaqalı sakitləşdirmək və yaranmış söz-sohbəti aradan qaldırmaq üçün 10 gün öncə valideynlərin istəyinə əsasən, şagirdlərin siniflərini dəyişdirərək tədrislərini davam etdirməsini təmin edib.

Şagirdlərin sinifləri dəyişdirildikdən 10 gün sonra Əfruz Əhmədova və müəllim arasında şəxsi münasibətlər zəminində insident baş verib. Əfruz Əhmədova 30 ildir ki, məktəbimizdə çalışır. İndiyədək müəllimlərlə hər hansı konflikti olmayıb. Hazırda məsələ regional təhsil şöbəsi və hüquq mühafizə orqanları tərəfindən araşdırmadadır”. 

Direktor müavini onu da qeyd edib ki, uşaqların dərsə hazır olmadıqlarına görə təhqir olunması faktı varsa, bunu ən gözəl sinfin şagirdləri və valideynləri bilər. 
Məsələ ilə bağlı Ağdaş Rayon Təhsil Şöbəsi ilə əlaqə yaratsaq da, zənglərimizə cavab verən olmayıb. 

Sorğumuzu Təhsil Nazirliyinə ünvanlamışıq. Aidiyyəti qurumun mövqeyini dərc etməyə hazırıq. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO