Bakıda vəzifəli şəxslərin evindən 2 milyonluq oğurluq edən dəstə üzvlərinə HÖKM OXUNDU

Bakıda vəzifəli şəxslərin evindən 2 milyonluq oğurluq edən dəstə üzvlərinə HÖKM OXUNDU

Hazırda oxunan: Bakıda vəzifəli şəxslərin evindən 2 milyonluq oğurluq edən dəstə üzvlərinə HÖKM OXUNDU

75342

Bakıda evləri qarət edərək 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədova hökm oxunub. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə C.Süleymanov 9 il, Ə.Əhmədov isə 8 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmə əsasən, zərərçəkmişlərə dəymiş 196 min manat mülki iddia təmin edilib.

İttihama görə, onlar Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.
İstintaqla müəyyən edilib ki, C.Süleymanov və Ə.Əhmədov paytaxtın Nəsimi, Yasamal, Səbail, Nərimanov və digər rayonlarında onlarla çoxmərtəbəli binalarda yerləşən mənzillərdən oğurluq ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO