Prezidentin xüsusi nümayəndəsi “Ağıllı kənd”ə sakinlərin nə vaxt köçürüləcəyini AÇIQLADI

Prezidentin xüsusi nümayəndəsi “Ağıllı kənd”ə sakinlərin nə vaxt köçürüləcəyini AÇIQLADI

Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsi “Ağıllı kənd”ə sakinlərin nə vaxt köçürüləcəyini AÇIQLADI

75212

“Bu ərazilərin bərpası olduqca ciddi vaxt tələb edir. Bildiyimiz kimi, 9 şəhər, az qala, tamamilə yer üzündən silinib”.

Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.

O, Zəngilanda salınan ilk ağıllı kəndin artıq hazır olduğunu vurğulayıb: 

"Sakinlər il ərzində ora köçürüləcək. Məsələ yalnız bu ərazilərə qayıdışdan ibarət deyil. Əsas məsələ bu ərazilərdə yaşayışı bərpa eləməkdir.
Yaşam tərzini bərpa etmək üçün sosial infrastruktura ehtiyac var. Bu 30 il ərzində bütün dünya yeniliyə doğru dəyişib, bu ərazilər bundan sonra o 30 illik geriliyi aradan qaldırmalı, dünya ilə ayaqlaşmalıdır. Bu çox ağır və zaman alan prosesdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO