Nazirliyin Vətən müharibəsində döyüşən əməkdaşları geri qayıtdı - FOTO

Nazirliyin Vətən müharibəsində döyüşən əməkdaşları geri qayıtdı - FOTO

Hazırda oxunan: Nazirliyin Vətən müharibəsində döyüşən əməkdaşları geri qayıtdı - FOTO

7521

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Nizami Hüseynli, Fərhad Allahverdizadə, Arzu Şükürov, Xəqani Hüseynov və Kamil Balakişiyev ordudan tərxis olunaraq mülki həyatlarına qayıdıblar. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, kollektiv iş yoldaşlarını böyük coşqu ilə qarşılayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamları ilə onlardan Nazirliyin Aparatının Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin baş məsləhətçisi, baş leytenant Nizami Hüseynli üç medalla - “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ordudan tərxis olunan əməkdaşlara tarixi Zəfərimizin qazanılması uğrunda hərbi əməliyyatlarda iştirak edərək göstərdikləri şücaətlərə görə təşəkkür edib, gələcək həyatlarında uğurlar arzulayıb.

Ümumilikdə, Nazirlik sistemindən 81 əməkdaş səfərbərlik əsasında İkinci Qarabağ müharibəsində iştirak edərək, tarixi Zəfərimizin qazanılmasına töhfələrini verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO