Tanınmış jurnalist reanimasiyaya YERLƏŞDİRİLDİ  

Tanınmış jurnalist reanimasiyaya YERLƏŞDİRİLDİ  

Hazırda oxunan: Tanınmış jurnalist reanimasiyaya YERLƏŞDİRİLDİ  

75165

Tanınmış jurnalist Qadir İbrahimlinin səhhətində ciddi problem yaranıb.  

Bizim.Media xəbər verir ki, bu barədə Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu özünün Facebook səhifəsində paylaşım edib.

“Tanınmış jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirilib. Allah köməyi olsun!”, - deyə o yazıb.

Sosial şəbəkələrdə jurnalistin vəziyyətinin ağır olduğu barədə məlumatlar verilir.  

Jurnalist Zaur İbrahimli “Qadir dünən axşam xəstəxanaya yerləşdirilib. İcbari Tibbi Sığorta Agentliyi, Xəstəxana rəhbərliyi kömək edirlər, sağ olsunlar. Çox təşəkkür edirik” - sözlərini yazıb.  

Jurnalist Elçin Rüstəmli isə bununla bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşova məlumat verildiyini qeyd edib:

“Əflatun Amaşov Qadirin müalicəsi üçün əlindən gələni edəcəyinə söz verib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO