Metronun

Metronun "Gənclik" stansiyasında NƏ BAŞ VERİB? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Metronun "Gənclik" stansiyasında NƏ BAŞ VERİB? - RƏSMİ AÇIQLAMA

75057

"Bakı Metropoliteni" QSC "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunduğu barədə açıqlama yayıb.

Bizim.Media sözügedən quruma istinadən xəbər verir ki, maşinist qatara baxış keçirib. Lakin ər hansısa problem aşkarlanmayıb. 

"Bununla belə sərnişinlərin hər hansısa narahatlıq keçirməməsi məqsədilə qatarın yolunu sərnişinsiz davam etdirməsi qərara alınıb. "Nizami" stansiyasında qatara təkrar baxış keçirilib. Lakin yenidən problem aşkarlanmasa da, onun müvəqqəti ehtiyat qatarla əvəzlənməsi qərara alınıb. Nəticədə, "Nizami-Dərnəgül" və əks istiqamətdə intervalda 3 dəqiqə fərq hiss olunub.
Hadisənin vaqonlardan birinin qapısına müdaxilə ehtimalı ilə maşinistin qəfil tormozlaması nəticəsində baş verdiyi ehtimal olunur.

Belə hallarda qatarın təkərlərinin qəliblərindən məhz spesifik tüstü təsirli qoxu hiss olunur.  Faktla bağlı dəqiq araşdırma aparılır", - deyə açıqlamada qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO