“WhatsApp”dan qruplarla bağlı arzulanan YENİLİK – Bundan sonra... 

“WhatsApp”dan qruplarla bağlı arzulanan YENİLİK – Bundan sonra... 

Hazırda oxunan: “WhatsApp”dan qruplarla bağlı arzulanan YENİLİK – Bundan sonra... 

74911

Son həftələrdə yeni funksiyalarını təqdim edən “WhatsApp” daha bir yeniliklə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, platformanın beta versiyasında sınaqdan keçirilən yeni funksiya ilə istifadəçilər artıq üzv olduqları qruplardan səssizcə çıxa biləcəklər.  

Belə ki, hazırda qrupdan çıxarkən söhbət ekranında həmin şəxsin qrupdan ayrılması barədə ekrana mesaj gəlirdisə, artıq bundan sonra qrup üzvlərinə bu barədə məlumat verilməyəcək.  
Həmçinin yeni funksiya ilə “WhatsApp” qrupundan çıxmaq istədiyiniz zaman ekranda əmin olduğunuzla bağlı bir sorğu görünəcək. Bununla da qrupdan çıxan zaman bildiriş yalnız qrup adminlərinə göndəriləcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO