Qubada şəhidlərə həsr olunmuş kitab təqdim edildi - FOTO

Qubada şəhidlərə həsr olunmuş kitab təqdim edildi - FOTO

Hazırda oxunan: Qubada şəhidlərə həsr olunmuş kitab təqdim edildi - FOTO

74861

Qubada Vətən müharibəsinin şəhidlərinə həsr olunmuş "Quba şəhidlərinin ev muzeyləri" kitabının təqdimat mərasimi keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kitab Quba Tarix-Diyarşünaslıq Muzeyi və şəhid Rəvan Əliiyevin ailəsinin təşkilatçılığı və köməkliyi ilə hazırlanıb.

Şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi təqdimat mərasiminə qatılan Quba rayonunun icra başçısı Ziyəddin Əliyev şəhidlər haqda xatirə kitablarının çap olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Rayon rəhbəri yeni kitabın daha 300 nüsxə çap olunması üçün köməklik edəcəyini deyib. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO