Azərbaycanla Türkiyə arasında səhiyyə üzrə

Azərbaycanla Türkiyə arasında səhiyyə üzrə "yol xəritəsi" imzalandı

Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında səhiyyə üzrə "yol xəritəsi" imzalandı

74821

Səhiyyə naziri Teymur Musayevlə Türkiyə səhiyyə naziri Fahreddin Koca arasında görüş keçirilib. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı Fahrettin Koca və Teymur Musayev “Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi”ni imzalayıblar.

Yol Xəritəsinin gələcək əməkdaşlıq istiqamətində əhəmiyyətini vurğulayan qardaş ölkələrinin səhiyyə nazirləri imzalanan sənədin Türkiyə və Azərbaycan səhiyyə sektorunun inkişafı yolunda mühüm rol oynayacağını diqqətə çatdırıblar. 
Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO