Ağdamda V Beynəlxalq “Həmzə Nigari” simpoziumu BAŞLADI - FOTO

Ağdamda V Beynəlxalq “Həmzə Nigari” simpoziumu BAŞLADI - FOTO

Hazırda oxunan: Ağdamda V Beynəlxalq “Həmzə Nigari” simpoziumu BAŞLADI - FOTO

74805

Ağdamın Quzanlı qəsəbəsində yerləşən Muğam Mərkəzində V Beynəlxalq “Həmzə Nigari” simpoziumuna start verilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, məqsəd Həmzə Nigarinin fikir dünyası və həyatı ilə yanaşı, keçmişdən günümüzə gələn perspektivlər üzərindən Türk və İslam dünyası araşdırmalarını dəyərləndirməkdir.  

Simpoziumda Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Paşa Quliyevin "Laçın şikəstəsi", Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri milli rəqslər, Həmzə Nigari şeirlərindən ibarət qiraət, Ağdam Musiqi kollecinin “Qarabağ” instrumental ansamblı, Amasiya il kültür müdiri Osman Akbaşdan Həmzə Nigari ilahiləri, İran Aşıqlar Birliyinin üzvlərinin Qarabağa həsr olunan aşıq musiqiləri, Qazax rayonu Aslanbəyli kəndindən meyxana qrupu və digər proqramlar nəzərdə tutulub.  

Tədbirdə Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Makedoniyadan 200-dən çox alim və tədqiqatçı məruzə edəcək.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO