Beyləqanda bu yol yenidən qurulur - FOTO/VİDEO 

Beyləqanda bu yol yenidən qurulur - FOTO/VİDEO 

Hazırda oxunan: Beyləqanda bu yol yenidən qurulur - FOTO/VİDEO 

74755

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Beyləqan rayonunda Gödəklər-Arısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolu əsaslı şəkildə yenidən qurur. 

Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. 

Məlumata görə, 7 yaşayış məntəqəsini əhatə edən 36 km-lik bu avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur. Torpaq yatağının eni 9, yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir. 

Yenidənqurma işləri hazırda uzunluğu 8 km olan Allahyarlı yolu istiqamətində aparılır.  

Hal-hazırda suvarma və qrunt sularının ötürülməsi üçün 10 yeni suötürücü boruların tikintisi aparılır.  
“İnşaat Norma və Qaydaları”na əsasən asfaltlanma işləri bitən kimi yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin etmək məqsədilə üfiqi nişanlanma xətləri çəkiləcək, yol nişanlarının, zəruri yerlərdə avtobus dayanacaqlarının, km göstəricilərinin quraşdırılacaq. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO