Virus bu rayonda niyə tüğyan edir? – Mərkəz direktorundan AÇIQLAMA

Virus bu rayonda niyə tüğyan edir? – Mərkəz direktorundan AÇIQLAMA

Hazırda oxunan: Virus bu rayonda niyə tüğyan edir? – Mərkəz direktorundan AÇIQLAMA

7475

Koronavirusa yoluxmanın sayına görə paytaxtın Binəqədi rayonu ilk yerdədir. Testi müsbət nəticələnmiş sakinlərin 15 faizi bu rayonda yaşayır.

Azərbaycanda pandemiya  möcvud olandan bu rayon virusa yoluxma üzrə yüksək göstəriciyə sahib olub və hazırda da “liderliyini” qoruyub saxlayır. 

Bu barədə Bizim-Media saytına açıqlamasında Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fədai Hacıyev koronavirusun yayılma arealının Binəqədi rayonunda üstünlük təşkil etmə səbəbini virusun idarəolunmazlığı ilə əlaqələndirib:

“Binəqədi rayonu əvvəldən yoluxmaya görə ilk yerdədir. Bunun üçün konkret səbəb göstərmək düzgün olmazdı. Əhalisi seyrək olan yerlərdə də yoluxma çox olur. Ona görə də əhali sıxlığı və ya seyrəkliyi, o cümlədən karantin tədbirlərinin həyata keçirilməsi məsələsi elə də rol oynamır. Virus idarə olunmadığı üçün məsələyə kompleks yanaşmaq lazımdır”. 

Mərkəz direktoru dekabr ayı ilə müqayisədə Binəqədi rayonunda yoluxmanın azaldığını qeyd edib:

“Dekabr ayında 7 min nəfər bu virusa yoluxub. Gündəlik yoluxma isə 240-250 olub. İndi bu rəqəm 40-50 nəfər arasında dəyişir. Hazırda azalma gedir və konkret olaraq karantin tədbirlərinin təsiri var”.

Qeyd edək ki, Bakının rayonları üzrə son statistika açıqlanıb.

Məlum olub ki, Binəqədidə koronavirusa yoluxma 15.0, Xətaidə 13.1, Yasamalda 12.2, Sabunçuda 10.7, Suraxanıda 8.2, Nərimanovda 8.2, Nəsimidə 7.9, Nizamidə 7.0, Xəzərdə 6.8, Qaradağda 5.4,  Səbaildə 5.0 və Pirallahıda 0.5 faiz təşkil edib.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO