Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdaş, İsmayıllı, Şəki və Füzuli rayonlarının ərazilərində qanunsuz ağackəsmə, Xaçmaz rayonunda isə qanunsuz balıq tutma faktları ilə bağlı araşdırma aparılıb.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.
Araşdırmalarla müəyyən edilib ki, Quşencə bələdiyyəsinin ərazisində, həmçinin “Xurcan düzü”ndə və Köndələn çayının sahilində ağackəsmə üçün müvafiq icazə olmadan, eyni zamanda Kiş meşəbəyliydə meşə fonduna aid olan ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 29 min manat ziyan dəyib.
Həmçinin, Xaçmaz rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq qabaqcadan əlbir olan bir qrup şəxsin özüüzən nəqliyyat vasitəsindən istifadə etməklə “Nərə” və “Xəzər qızıl balığı” cinsli balıqların qanunsuz tutulması nəticəsində xeyli miqdarda ziyan vurulması müəyyən edilib.
Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 256.3 (qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən alıq və digər su bioresurslarını qanunsuz tutma), 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti rayon prokurorluqlarına və daxili işlər orqanlarına göndərilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:47 / 17.05.2022
Təbiətə 29 min manat ziyan vurulub: Cinayət işi başlanıb
Hazırda oxunan: Təbiətə 29 min manat ziyan vurulub: Cinayət işi başlanıb
Hazırda oxunan: Təbiətə 29 min manat ziyan vurulub: Cinayət işi başlanıb
74729
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.