Bakı sakini Yalamada ölü tapıldı - FOTO

Bakı sakini Yalamada ölü tapıldı - FOTO

Hazırda oxunan: Bakı sakini Yalamada ölü tapıldı - FOTO

74619

Bakı sakini, 52 yaşlı Camal Heciəli oğlu Hacıyev Xaçmazın Yalama kəndində bacısına məxsus evdə ölü tapılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, C.Hacıyev hərdən bura gəlib Sumqayıtda yaşayan bacısının evinə baxırmış, bir neçə gün burada qalıb.

Ötən gündən onun görünmədiyini görən qonşular polisə məlumat verib və evə baxış keçiriləndə onun yataqda öldüyü məlum olub. 

Hazırda mərhumun meyidi Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.

C.Hacıyevin ölüm səbəbi tibbi -ekspertizanın rəyindən sonra məlum olacaq. 

Xaçmaz polis və prokurorluq əməkdaşları hadisə yerində müayinə aparıb.

Xaçmaz rayon Prokurorluğunda ölüm faktına görə, araşdırma başlayıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO